"Mançester Yunayted" "qol silahını itirdi"

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç İngiltərə Futbol Assosiasiyası tərəfindən üç oyunluq diskvalifikasiya olunub. Sportline.az xəbər verir ki, isveçli forvard "Bornmut"la 1:1 hesabı ilə başa çatan oyundakı epizoda görə cəzalandırılıb. Müdafiəçi Minqz İbrahimoviçin başına toxunub, cavab olaraq isə üzündən dirsək zərbəsi alıb. İbrahimoviç "Çelsi" ilə kubok oyununu, həmçinin "Sauthempton" və "Midlsbro" ilə çempionat görüşlərini buraxmalı olacaq.