“Mançester Yunayted” sabiq kapitanı ilə yola davam edəcək

“Mançester Yunayted” Harri Maquayrla yeni müqavilə danışıqlarına başlayıb.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” klubunun rəhbərliyi kapitanlardan biri olan Harri Maquayrla yeni müqavilə barədə danışıqlara start verib.

İngiltərəli müdafiəçinin hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.