"Mançester Yunayted" sabiq kapitanına yeni müqavilə təkif edib

"Mançester Yunayted"in rəhbərliyi Harri Maquayra yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

32 yaşlı stopperin "Mançester Yunayted"lə hazırki sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, H.Maquayr cari mövsüm meydana çıxdığı 7 matçda 1 qol 1 asistlə yadda qalıb.