"Mançester Yunayted" və "Çelsi" transfer yarışına girib

"Tromso"nun forvardı Abubakarr karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 19 yaşlı hücumçunu heyətinə qatmağı planlaşdırır.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Abubakarrın transfer qiyməti 5 milyon avrodur.