"Mançester Yunayted" və "Çelsi" transfer yarışına girib
"Bolonya"nın forvardı Santiaqo Kastro karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 21 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "İl Resto del Carlino" nəşri məlumat yayıb.
Qeyd edək ki, S.Kastro dəyəri 35 milyon avrodur.