"Mançester Yunayted" və "Liverpul" transfer yarışına girib
"Mançester Yunayted" və "Liverpul" macarıstanlı futbolçu Miloş Kerkez üçün transfer yarışına girib.
Sportline.az "Anfield Sector"a istinadən xəbər verir ki, hər iki klub Kerkez üçün "Bormunt"la təmas halındadır.
Kerkez üçün "Bormunt"un rəhbərliyi 35 milyon avro tələb edir.
Qeyd edək ki, 21 yaşlı futbolçunun "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O cari mövsüm çıxış etdiyi 17 matçda 1 qol və 2 asistlə yadda qalıb.