“Mançester Yunayted” və “Tottenhem” transfer yarışına girib

"Everton"un ingiltərəli futbolçusu Carrad Brantvayt gələn ilin yayında komandasını dəyişə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Tottenhem" 23 yaşlı stopperi heyətinə qatmağı düşünür.

C.Brantvaytın transfer qiyməti 70 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçunun Mersisayd təmsilçisi ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.