“Mançester Yunayted” yeni transferini açıqlayıb

"Mançester Yunayted" klubu növbəti transferini rəsmləşdirib.

Sportline.az xəbər verir ki, "Brentford"un kamerunlu futbolçusu Brayan Embumu yeni mövsümdən etibarən "Mançester Yunayted"in uğurları üçün çalışacaq.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı vingerlə 5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Embumu ötən mövsüm meydana çıxdığı 42 matçda 20 qol 8 məhsuldar ötürmə müəllifi olub.