"Mançester Yunayted" yeni yarımmüdafiəçi axtarışına çıxıb

"Mançester Yunayted" "Ştutqart"ın almaniyalı yarımmüdafiəçisi Angelo Ştilleri transfer etməkdə israrlıdır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi yanvar ayında "Ştutqart"a rəsmi təklif göndərəcək.

24 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 15 matçda 1 qol, 4 asistlə yadda qalıb.