"Mançester Yunayted" "Yuventus"a 78 milyon avro ödəməyə hazırdır
"Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Yuventus"un türkiyəli sol cinah vingeri Kenan Yıldız İngiltərə nəhənginin transfer hədəfinə çevrilib.
Bu keçid üçün "Mançester Yunayted" qarşı tərəfə 78 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, K.Yıldızın "Yuventus"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.