“Mançester Yunayted”də ayrılıq yaşanacaq
“Mançester Yunayted”in ingiltərəli futbolçusu Kobi Meyno yanvar ayında klubdan ayrılmaq istəyini rəhbərliyə bildirib.
Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu ESPN nəşri məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.
Qeyd edək ki, Meynonun dəyəri “Transfermarkt” portalına görə, 45 milyon avrodur.