"Mançester Yunayted"dən 100 milyon avroluq transfer
"Mançester Yunayted" portuqaliyalı ulduz futbolçu Rafael Leaonu heyətə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, İngiltərə klubu bu keçid üçün "Milan"a 100 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, Leaonun İtaliya klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
O, cari mövsüm meydana çıxdığı 5 matçda rəqib qapılarından 4 top keçirib.