"Mançester Yunayted"dən 45 milyon avroluq transfer

"Mançester Yunayted" "Atletiko"dan Conor Qallaheri heyətə cəlb etmək istəyir.

Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır.

25 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"ə keçməyə isti yanaşır.

Qeyd edək ki, K.Qallaherin Madrid klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.