"Mançester Yunayted"dən 65 milyon avroluq transfer

"Bormunt"un qanalı futbolçusu Antonio Semenyo mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Semenyo üçün qarşı tərəfə 65 milyon avro ödəməyə hazırdır.

25 yaşlı hücumçunun "Bormunt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Semenyo bu mövsüm çıxış etdiyi 36 matçda 10 qol və 6 asistlə yadda qalıb.