“Mançester Yunayted”dən 65 milyon avroluq transfer

“Mançester Yunayted” “Bormunt”un futbolçusu Antonio Semenyo üçün 65 milyon avro ödəməyə hazırdır.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

25 yaşlı sağ cinah vingerinin klubla sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Semenyo cari mövsüm meydana çıxdığı 16 matçda 7 qol, 3 asistlə yadda qalıb.