"Mançester Yunayted"dən "Qalatasaray"a
"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Erol Evcenin məlumatına istinadən xəbər verir ki, "Qalatasaray" uruqvaylı oyunçunun xidmətində maraqlıdır.
24 yaşlı oyunçunun transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, Uqarte bu mövsüm 11 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.