"Mançester Yunayted"dən Qrizmanna 280 minlik təklif
Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmannın adı bu dəfə də "Mançester Yunayted"lə hallanır. SportLine.az "Sun" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu növbəti mövsümdən etibarən "qırmızı şeytanlar"ın şərəfini qoruya bilər.
Futbolçunun keçidinin reallaşmasında israrlı olan Joze Mourinyo rəhbərlikdən yay transfer pəncərəsində məsələni həll etməyi istəyib.
Madrid klubu ilə razılığa gəlinsə, A.Qrizmann "Mançester Yunayted"də həftəsinə 280 min funt-sterlinq qazanacaq.
Qeyd edək ki, Madrid "Real"ı və "Barselona" da 26 yaşlı forvardın xidmətində maraqlıdır.