"Mançester Yunayted"dən "Real"a yeni təklif

"Mançester Yunayted" "Real"ın hücuçusu Alvaro Moratanın transferində israrlıdır. SportLine.az "Guardian"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 52 milyon funt-sterlinqlik təklifə "yox" deyən "kral klubu"na yeni təklif ünvanlamaq niyyətindədirlər.

Məlumata görə, Premyer Liqa klubunun ispanlara son təklifi 60 milyon funt-sterlinq olacaq. Madrid təmsilçisinin bu məbləğə hansı cavabı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, "Milan" da növbəti mövsüm A.Moratanı heyətində görmək arzusundadır.