"Mançester Yunayted"dən "Roma"ya təklif
"Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az xəbər verir ki, "Roma"nın fransalı yarımmüdafiəçisi Manu Kone İngiltərə klubunun maraq dairəsindədir.
Bu haqda jurnalist Qreymi Beyli məlumat yayıb.
Mançester klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Manu Kone cari mövsüm 9 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.