"Mançester Yunayted"dən "Roterdam"a

"Mançester Yunayted"in gənc futbolçusu Qabriel Biançeri icarə əsasında "Roterdam"a keçib.

Sportline.az xəbər verir ki, 19 yaşlı oyunçu mövsümün sonuna qədər bu klubda çıxış edəcək.

Uels U-21 millisinin üzvü bu mövsüm meydana çıxdığı 21 matçda 8 qol, 4 asistlə yadda qalıb.

Qeyd edək ki, Q.Biançerinin dəyəri 500 min avrodur.