“Mançester Yunayted”dən Semenyo həmləsi
“Bormunt”un futbolçusu Antonio Semenyo karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “qırmız şeytanlar” yanvar ayında “Bormunt”a rəsmi təklif göndərməyi planlaşdırır.
Bu haqda “Team Talk” nəşri məlumat yayıb.
Qeyd edək ki, Semenyo cari mövsüm meydana çıxdığı 15 matçda 6 qol, 3 asistlə yadda qalıb.