"Mançester Yunayted"dən yeni həmlə

“Mançester Yunayted” Portuqaliyanın “Sportinq” klubunun gənc futbolçusu Salvador Blopa ilə maraqlanır.

Sportline.az xəbər verir ki, İngiltərə təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin potensialını yüksək qiymətləndirir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Blopa əsas komandada yalnız bir dəfə meydana çıxıb və həmin oyunda “Alverka” ilə görüşdə iki qol vuraraq 5:1 hesablı qələbəyə töhfə verib.