"Mançester Yunayted"i ispaniyalı mütəxəsis çalışdıra bilər

"Mançester Yunayted"in rəhbərliyi yayda klubun sükanı arxasına Roberto Martinezi gətirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

52 yaşlı mütəxəsis Portuqaliya millisinin baş məşqçisidir.

Qeyd edək ki, "Mançester Yunayted"i hazırda Maykl Kerrik çalışdırır.