"Mançester Yunayted"i "Real Madrid"ə dəyişir

"Mançester Yunayted"in sağ cinah müdafiəçisi Dioqo Dalot yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Real Madrid" 27 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda jurnalist Migel Serrano məlumat yayıb.

Qeyd edək ki, D.Dalot cari mövsüm meydana çıxdığı 36 matçda 1 qol, 3 asistlə yadda qalıb.