"Mançester Yunayted"i "Tottenhem"ə dəyişə bilər

"Mançester Yunayted"in ingiltərəli yarımmüdafiəçisi Kobi Meyno karyerasını "Tottenhem"də davam etdirə bilər.

Sportline.az "The Daily Briefing" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.

London klubu gələn ilin yayında "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Meyno klubdaki mövqeyindən narazıdır və ayrılmağa müsbət yanaşır.