"Mançester Yunayted"in diqqətini çəkib
"Mançester Yunayted" "Nottingem"in futbolçusu İbrahima Sanqareni izləməyə başlayıb.
Sportline.az xəbər verir ki, bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi cari mövsüm meydana çıxdığı 29 matçda 2 qol, 3 asistlə yadda qalıb.
Qeyd edək ki, İ.Sanqarenin meneceri Mançester klubunun rəhbərliyi ilə təmas halındadır.