"Mançester Yunayted"in gözü "Ayaks"ın gənc futbolçusuna düşüb
"Mançester Yunayted" "Ayaks"ın gənc futbolçusu Jorti Mokionu heyətə cəlb etmək istəyir.
Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu yanvar ayında rəsmi təklif göndərəcək.
17 yaşlı yarımmüdafiəçinin dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, J.Morti bu mövsüm 12 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.