"Mançester Yunayted"in gözü o futbolçunun üzərindədir

"Mançester Yunayted" "Nottingem"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

"Nottingem"in rəhbərliyi futbolçusu üçün ən azı 100 milyon avro tələb edir.

Qeyd edək ki, E.Anderson cari mövsüm meydana çıxdığı 12 matçda 1 məhsuldar ötürmə müəllifi olub.