“Mançester Yunayted”in hədəfində o var
"Mançester Yunayted" "Aston Villa"nın qapıçısı Emilyano Martinesi heyətinə qatmağı planlaşdırır.
Sportline.az "La Nacion" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu 32 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.
Mançester klubunun rəhbərliyi isə, 33 milyon avro ödəmək niyyətindədir.
Qeyd edək ki, klublar arasında danışıqlar davam edir.
Martines "Mançester Yunayted"də çıxış etməyə müsbət yanaşır.