"Mançester Yunayted"in Osimhen sevdası
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.
Sportline.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Osimheni transfer etmək istəyir.
26 yaşlı forvard müqavilə əsasında "Napoli" klubuna məxsusdur.
Qeyd edək ki, İtaliya klubu Osimhen üçün 75 milyon avro tələb edir.
O bu mövsüm çıxış etdiyi 20 matçda 16 qol və 5 asistlə yadda qalıb.
Osimhenin "Napoli" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.