“Mançester Yunayted”in Qallager planı

“Mançester Yunayted” “Çelsi”nin sabiq yarımmüdafiəçisi Konor Qallageri heyətinə qatmaq niyyətindədir.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Atletiko Madrid” 25 yaşlı oyunçusu üçün ən azı 35 milyon avro tələb edir.

İngiltərə millisinin üzvü bu mövsüm meydana çıxdığı 26 matçda 2 qolla yadda qalıb.