“Mançester Yunayted”in qış planı

"Mançester Yunayted" yanvar ayında "Atletiko Madrid"in yarımmüdafiəçisi Konor Qallaheri transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.

Madrid təmsilçisi 25 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, Qallaher "Atletiko"ya 2024-cü ilin yayında "Çelsi"dən 42 milyon avro qarşılığında transfer olunmuşdu.