"Mançester Yunayted"in sabiq futbolçusu "Barselona"ya keçə bilər
"Marsel"in ingiltərəli futbolçusu Meyson Qrinvud karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 24 yaşlı sağ cinah vingerini transfer etməyə çalışır.
Qrinvud Kataloniya klubuna keçməyə razılıq verib.
Qeyd edək ki, sözü gedən oyunçu "Mançester Yunayted"in yetirməsidir.