"Mançester Yunayted"in Valverde sevdası
"Mançester Yunayted" yayda Federiko Valverdeni heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, uruqvaylı futbolçunun "Real Madrid"lə münasibətləri yaxşı vəziyyətdə deyil.
"Football İnsider" nəşrinin yaydığı məlumata görə, İngiltərə klubu bu durumdan istifadə etmək niyyətindədir.
Qeyd edək ki, Valverdenin transfer qiyməti 140 milyon avrodur.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 9 qol, 13 asistlə yadda qalıb.