"Mançester Yunayted"in yeni hədəfi
"Mançester Yunayted"in əsas transfer hədəfi bəlli olub.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Lill"in fransalı qapıçısı Lukas Şovalye "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Fransa klubu 23 kiper üçün 40 milyon avro tələb edir. "Mançester Yunayted"in rəhbərliyi bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, tərəflər arasında ilkin razılıq əldə olunub.