"Mançester Yunayted"in yeni hədəfi
"Mançester Yunayted" "Kristal Pelas"ın ingiltərəli yarımmüdafiəçisi Adam Vartonu heyətinə qatmağa çalışır.
Sportline.az xəbər verir ki, "qırmızı şeytlanlar" bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Vartonun "Kristal Pelas"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.