"Mançester Yunayted"in yeni transfer hədəfi
"Mançester Yunayted" klubu "Paris Sen-Jermen"in fransalı futbolçusu Randal Kolo Muani üçün hərəkət keçib.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Kolo Muanini yanvar ayında heyətə qatmağı planlaşdırır.
"Mançester Yunayted" bu keçid üçün PSJ-yə 35 milyon avro ödəməyə hazırdır.
K.Muanin Fransa klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, "Mançester Yunayted" Reşfordla yollarını ayırmağa hazırlaşır.
Kolo Muani Reşfordun yerinə transfer ediləcək.