Mançini PSJ-nin hədəfində
PSJ növbəti mövsüm baş məşqçisini dəyişə bilər. SportLine.az xəbər verir ki, bu barədə "Frans Futbol" nəşri xəbər yayıb.
Məlumatda rəhbərliyin Unai Emerinin işindən narazı qaldığı qeyd olunub. Fransa çempionatında çempionluq şansları azalan komanda Çempionlar Liqasında da rəhbərliyin yarımfinal arzularını gerçəkləşdirə bilməyib.
Artıq indidən U.Emeriyə əvəzləyici axtaran Paris klubu Roberto Mançini ilə razılığa gəlmək niyyətindədir. Tərəflər münasibətləri rəsmiləşdirsələr, növbəti iki mövsümdə PSJ-yə R.Mançini rəhbərlik edəcək.