Mane İstanbul nəhənginə keçə bilər

"Beşiktaş" Sadio Mane üçün "Əl-Nəsr"lə danışıqlara başlayıb.

Sportline.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

İstanbul klubu seneqallı futbolçunu azad agent kimi heyətinə qatmağı düşünür.

Qeyd edək ki, Mane 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. O, klubla yeni müqavilə imzalamaq niyyətində deyil.