Mane karyerasını başa vurdu

Seneqal millisinin ulduz futbolçusu Sadio Mane milli karyerasını bitirib.

Sportline.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb.

O, ötən gün Mərakeş yığmasına qarşı Afrika Millətlər Kubokunun final oyununun millinin heyətində sonuncu matçı olduğunu açıqlayıb.

Qeyd edək ki, 33 yaşlı S.Mane Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu seçilib.