Maquayr klubdan ayrılmaq istəmir

"Mançester Yunayted"in stopperi Harri Maquayr klubdan ayrılmaq istəmir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Simon Ston məlumat yayıb.

32 yaşlı futbolçu kluba yeni sözləşmə imzalamaq istəyir.

Qeyd edək ki, Maquayrın "Mançester Yunayted"lə müqaviləsi yayda başa çatacaq.