Maquayr “Mançester Yunayted”də qalacaq

"Mançester Yunayted" ingiltərəli mərkəz müdafiəçisi Harri Maquayra yeni sözləşmə təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Simon Ston məlumat yayıb.

32 yaşlı oyunçunun klubla hazırki sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, H.Maquayr 2019-cu ildən "Mançester Yunayted"də çıxış edir.