Maradona: "Barselona"nın 5 illik müqavilə təklifini rədd etdim
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona vaxtilə "Barselona"nın sərfəli təklifini qəbul etməyib. Sportline.az xəbər verir ki bunu "Napoli"yə sədaqətindən söz açan argentinalı İtaliya mətbuatına açıqlamasında deyib: "Neapolda özümü evdəki kimi hiss edirəm. Mən heç vaxt "Napoli"yə xəyanət etməmişəm. O vaxt dünyanın ən böyük klublarından olan "Barselona"da çıxış etdim. Neapola buraxmaq istəmirdilər. İkiqat məvaciblə daha 5 illik müqavilə təklif etdilər. Amma qəbul etmədim. Çünki, qayıdacağımla bağlı neapollulara söz vermişdim. Pula yox, futbola üstünlük verirəm". Xatırladaq ki, Maradona 1984-1991-ci illərdə "Neapol"un şərəfini qoruyub.