Maradona yenə də diqqət mərkəzində

Argentina futbolunun əfsanəsi Dieqo Maradona Boliviyanın keçmiş prezidenti Evo Moralesin kütləvi etiraz aksiyalarından sonra istefa verməsinə münasibət bildirib. Sportline.az xəbər verir ki, o, sosial şəbəkədə bunları yazıb:

"Heyfsilənirəm ki, Boliviyada çevriliş təşkil edilib. Boliviya xalqına və Moralesə acıyıram - yaxşı insana, hansına ki, həmişə sadə vətəndaşlar üçün işləyib", - deyə keçmiş futbolçu yazıb.

Maradona, fikirlərini Boliviyanın keçmiş prezidenti ilə çəkilmiş foto ilə bilikdə paylaşıb.