Maradonadan nümunəvi addım

Argentina milli komandasının keçmiş futbolçusu Dieqo Maradona xeyriyyə aksiyası keçirib.

Sportline.az "El Correo"ya istinadən xəbər verir ki, sabiq hücumçu qızıl medal qazandıqları 1986-cı il dünya çempionatındakı avtoqraflı futbolkası ilə 90 kq ərzaq məhsulu, maska və antiseptika toplayıb. Onların hamısı Rene Favaloro rayonunun sakinləri arasında bölüşdürüləcək.

 

 

Qeyd edək ki, aksiya paytaxt Buenos-Ayres ətrafındakı kasıb sakinlərə dəstək məqsədilə təşkil olunub. Əvvəlcə formanı hərracda satmaq planlaşdırılıb. Lakin sonradan futbolkanın daha çox yardım edənlər arasında oynanılması qərara alınıb.