Maradonanın futbol köynəyi satıldı

İtaliyada, koronavirusla mübarizəyə dəstək məqsədi ilə keçirilən yardım aksiyasında, Dieqo Maradonanın futbol forması hərraca çıxarılıb.

Sportline.az xəbər verir ki, sabiq futbolçunun forması 55 min avroya satılıb. Bu pul koronavirusa yoluxanlara yardım etmək üçün istifadə olunacaq.

Maradonanın forması “Napoli”də oynayarkən komanda yoldaşı olan Çiro Ferrara tərəfindən hərraca qoyulub.