Marafon yarışı yenə təxirə salındı
Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan qaçış marafonu koronavirus pandemiyası səbəbindən növbəti dəfə təxirə salınıb.
Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 18-də keçirilməli olan marafon noyabrın 15-də baş tutacaq.
Daha əvvəl yarışın aprelin 5-də təşkili nəzərdə tutulsa da, sonradan mövcud vəziyyətlə bağlı oktyabrın 18-nə təxirə salınmışdı.
Qeyd edək ki, buna qədər Roma, Boston, Dublin, Berlin və Nyu-York marafonlarının da tarixləri eyni səbəbdən dəyişdirilib.