"Maraqlı başlanğıc olacaq" - Tomas Müller
Almaniya millisinin üzvü Tomas Müller UEFA Millətlər Liqasının püşkatmasına münasibətini şəxsi "Twitter" hesabında bildirib. SportLine.az xəbər verir ki, futbolçu "Bundestim"in çox çətin qrupda yer aldığını düşünür:
"Bu, çox çətin qrupdur. Yeni yarış üçün maraqlı başlanğıc olacaq".
Qeyd edək ki, Almaniya seçməsi "A" liqasının I qrupunda Hollandiya və Fransa seçmələri ilə qarşılaşacaq.