Mareskanın yerinə o gələcək

Liam Rozenior “Çelsi”nin yeni baş məşqçisi postuna əsas namizəd hesab olunur.

Sportline.az xəbər verir ki, 41 yaşlı ingilis mütəxəssis hazırda “Çelsi”nin sahibi olduğu BlueCo qrupuna daxil olan “Strasburq” klubunda çalışır.

Fransa təmsilçisi Rozeniorun rəhbərliyi altında ardıcıl ikinci mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün yaxşı mövqedədir.