Mariana Vasilyevaya yeni vəzifə verildi

Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib.

Sportline.az xəbər verir ki, toplantıda qəbul olunan qərara əsasən, gənclər və idman nazirinin sabiq müavini Mariana Vasilyeva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.

Cavid Qurbanov Mariana Vasilyevaya fəaliyyətində uğurlar və yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

Banner